Bəyan etmə haqqında
Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Starex şəxsi kabinetinizdə bəyannamə sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız.
Amerika və Çindən sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaratmadılmadığı halda sifariş xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır. Sizə mail və sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra yalnız bəyannamədə “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız
“Həvalə et”xidməti ilə göndərdiyiniz sifarişlər təsdiqləndikdən sonra əməkdaşlarımız bağlamalarınız üçün bəyannamə formalaşdırırlar. Bu bəyannamələr ilk öncə “Öncədən bəyan et” bölməsində qeyd edilir. Bağlamanız xarici anbara daxil olduqdan sonra bağlamanız “Xarici anbardadır” statusuna keçir.
Balans haqqında
Balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala bilərsiniz. Bunun üçün saytımızda “Onlayn müraciət et” bölməsinə daxil olursunuz və “Balansla bağlı” başlığı altında kartınıza geri qaytarılmalı olan məbləği və kartınızın son 4 rəqəmini qeyd edirsiniz. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 5-7 iş günü ərzində ödəniş etdiyiniz karta geri qaytarılır.
E-manat və Milliön terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə məbləği ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.
Çatdırılma haqqında
Ofis/anbar
Əlaqə bölümünə keçid alaraq, filiallarımızın ünvanları ilə tanış ola bilərsiniz.
Gömrük haqqında
Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz